Sss

Osteoartrit səbəbiylə dizde hansı hallarda ağrı olar?

Bədən ağırlığının hiss edildiyi fəaliyyətlərdə, pilləkan çıxarkən və ayaqlarınızı qıvırarkən gələn ağrı, osteoartrit ağrısı simptomlarındandır. Hərəkətsizkən belə ağrı hiss edilə bilər. Müxtəlif şəxslərdə, müxtəlif dərəcələrdə ağrı görülə bilər.

Cingal, Monovisc və Orthovisc diz ağrılarının keçməsinə necə kömək edər?

Cingal™, Monovisc® və Orthovisc® məhsullarının dizə necə kömək edəcəyini öyrənmək üçün xahiş olunur, məhsul səhifələrinə gedib baxasınız.

Dizdə osteoartrit ağrısının səbəbləri nələrdir?

Sinoviyal mayedəki dəyişikliklər (Viskositəsi artıq, oynaq daxilində sürüşkənlik və dəstəkləməni təmin edən, əsas quruluş maddələrindən birisi hyaluronik turşu olan bir maye) və oynaq quruluşunun zərər görmüş olması dizdəki osteoartrit ağrısının səbəblərindəndir.

Dizdə meydana gələn osteoartrit üçün başqa osteoartrit müalicələri mümkündür?

Osteoartritli diz ağrıları müalicə növləri ilə əlaqədar MÜALİCƏ ÜSULLARI səhifəmizə baxın.

Osteoartritli diz ağrısı ilə pəhriz və ya qidalanmanın bir əlaqəsi var?

Pəhriz, qidalanma və osteoartritli diz arasındakı tək əlaqə həddən artıq kilodur. Əgər artıq kilonuz var isə, yaxşı bir pəhriz və düzgün qidalanma ilə düzgün bədən çəkisinə çatarsınız.  

İdman etmək dizdəki osteoartrit ağrısını azaldar?

Diz oynaqlarımıza dayaq olan əzələlərimizi qüvvətləndirmə məqsədi ilə edilən idmanlar ağrınızı azaldar və bədən sağlamlığınıza müsbət təsir edər.  

Arıqlamaq dizdəki osteoartrit ağrısını azaldar?

Əgər artıq çəkiniz var isə bu artıq kilolardan xilas olmaq dizinizdəki ağırlığı götürəcəyi üçün dizdəki  osteoartrit ağrılarını yüngüllədir.